İqtisadiyyat Nazirliyi - Gürcüstanda benzinin istehlak qiymətinin artırılması üçün heç bir əsas yoxdur, gürcü idxalçıları benzini beynəlxalq qiymətdən ucuz idxal etmək imkanına malikdirlər
İqtisadiyyat Nazirliyi - Gürcüstanda benzinin istehlak qiymətinin artırılması üçün heç bir əsas yoxdur, gürcü idxalçıları benzini beynəlxalq qiymətdən ucuz idxal etmək imkanına malikdirlər

İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin bəyanatında deyilir ki, Gürcüstanda benzinin istehlak qiymətinin artırılması üçün heç bir əsas yoxdur, gürcü idxalçıları benzini beynəlxalq qiymətdən ucuz idxal etmək imkanına malikdirlər.

“Müvafiq olaraq, bəzi medialarda benzinin qiyməti ilə bağlı yayılan məlumatlar tamamilə dezinformasiyadır ki, bu da əhalini çaşdırmaq, panika yaratmaq məqsədi daşıyır.

Gürcüstana benzinin beynəlxalq qiymətdən ucuz idxal tendensiyası yaxın aylarda da saxlanılacaq”, – deyə agentliyin bəyanatında qeyd olunub.