İqtisadiyyat Nazirliyi - Beynəlxalq reytinq agentliyi FitchRatings Gürcüstanın suveren reytinqini yenidən BB səviyyəsində qiymətləndirib və müsbət perspektivini saxlayıb
İqtisadiyyat Nazirliyi - Beynəlxalq reytinq agentliyi FitchRatings Gürcüstanın suveren reytinqini yenidən BB səviyyəsində qiymətləndirib və müsbət perspektivini saxlayıb

Beynəlxalq reytinq agentliyi FitchRatings Gürcüstanın suveren reytinqini BB səviyyəsində qiymətləndirib və müsbət proqnozunu saxlayıb. Məlumatı İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi yayıb.

“Agentliyin qiymətləndirməsinə görə, bu, real iqtisadi artım perspektivi ilə bağlıdır – 2024-2025-ci illər üçün agentlik Gürcüstanda orta hesabla 5% artımı nəzərdə tutur. Qeyd edək ki, iqtisadi inkişaf göstəricilərinə görə Gürcüstan oxşar reytinqdə olan ölkələri qabaqlayır. Digər amil etibarlı makroiqtisadi və fiskal siyasətdir.

Fitch-in qiymətləndirməsinə görə, Gürcüstanda etibarlı fiskal intizam var və onun hədəf göstəriciləri realdır və makroiqtisadi sabitliyə uyğundur. Hesabatda həmçinin hökumətin borcunun aşağı səviyyəsi, eləcə də inflyasiyanın hədəfdən aşağı olduğu vurğulanıb. Xüsusilə diqqətəlayiq haldır ki, beynəlxalq reytinq agentliyi Avropa İttifaqına qəbul perspektivini və Gürcüstanın namizəd statusu almasının vacibliyini vurğulayır”, -İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.