İqtidar administrasiyasının strateji komunikasiyalar departamentinin rəhbəri vəzifəsinə Nino Giorqobiani təyin edildi
İqtidar administrasiyasının strateji komunikasiyalar departamentinin rəhbəri vəzifəsinə Nino Giorqobiani təyin edildi.
Bu haqda məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.
Qeyd olunan vəzifəyə təyin olunana qədər Nino Giorqobiani Daxili İşlər Nazirliyinin strateji komunikasiyalar departamentinin direktoru idi.
Ona qədər isə, Nino Giorqobiani Dövlət Təhlükəsizliyi Xidmətinin administrasiya rəhbəri vəzifəsində işləyirdi.
İctimaiyyətlə əlaqələr sahəsində işləyənə qədər isə, Nino Giorqobiani fəal jurnalist idi.
O Birinci Kanalda və digər televiziyalarda işləyib.