"İDS Borjomi"nin əməkdaşları sabahdan etibarən tətil elan edirlər
"İDS Borjomi"nin əməkdaşları sabahdan etibarən tətil elan edirlər

 
“İDS Borjomi”nin əməkdaşları sabahdan etibarən tətil elan edirlər.
Aqrar Təsərrüfat, Ticarət və Sənaye Həmkarlar İttifaqından verilən məlumata görə, mayın 27-də başa çatan vasitəçilik prosesi nəticəsiz qalıb və hazırda tələblərin yerinə yetirilməsi üçün digər etiraz formalarına baş vururlar.

“Borjomi” işçiləri sabah saat 18:00-da altı əsas tələblə tətilə başlayacaqlar.

“Mayın 31-də Borjomidə, Borjominin birinci qablaşdırma zavodunun yerləşdiyi ərazidə, Borjominin birinci və ikinci fabriklərinin işçilərinin müddətsiz genişmiqyaslı tətili keçiriləcək, işçilər qanunsuz olaraq işdən çıxarılan 50 nəfərin dərhal işə qaytarılmasını tələb edəcəklər; Əmək haqqının hesablanması; köhnə iş şəraitinə qayıtmaq; Bütün işçilər üçün müddətsiz müqavilələr və əmək haqqının 25% artırılması; şantaj, hədə-qorxu və məcburetmə faktlarının, bu işdə iştirak edən bəzi administrasiya üzvlərinin işdən çıxarılaraq, cinayət məsuliyyətinə cəlb etməklə aradan qaldırılması; Kollektiv sövdələşmə imzalanması ,layiqli və təhlükəsiz iş şəraiti üçün vacib olan digər vacib detallar.

Şirkət tərəfindən qarşıdurma və eskalasiya üçün bəzi təxribat xarakterli hərəkətlər həyata keçirilir, buna görə biz bütün məsuliyyəti “IDS Borjomi Georgia”-nın üzərinə yükləyirik” – deyə Aqrar Təsərrüfat, Ticarət və Sənaye Həmkarlar İttifaqının bəyanatında deyilir.