İbrahim Rəisi -Əgər İsrail İrana hücum etsə, ondan geriyə heç nə qalmayacaq
İbrahim Rəisi -Əgər İsrail İrana hücum etsə, ondan geriyə heç nə qalmayacaq

 
İranın Prezidenti İbrahim Rəisi bildirib ki, əgər İsrail İran ərazisinə hücum etsə, bunun ciddi nəticələri olacaq və ondan geri “heç nə qalmayacaq”. Prezident bu haqda Pakistana üç günlük səfəri zamanı açıqlayıb.

İbrahim Rəisi İsraili xəbərdar edir ki, əgər İsrail “daha ​​bir səhv edib İranın suverenliyini pozarsa, vəziyyət fərqli olacaq”.

Məlumat üçün bildirək ki, İsrail aprelin 19-da İran ərazisinə zərbələr endirib. Bu barədə məlumatı amerikalı rəsmi şəxslər təsdiqləyib. Lakin İsrail rəsmi olaraq hücuma görə məsuliyyəti üzərinə götürməyib. Yayılmış məlumata əsasən, İran ərazisinə endirilən zərbələr Dəməşqdəki konsulluğun bombalanmasına görə İranın İsrailə qarşı atdığı raket hücumuna cavab olub.