İberiya teleşirkəti yayımçılığını dayandırdı
İberiya teleşirkəti yayımçılığını dayandırdı

İberiya teleşirkəti yayımçılığını dayandırdı.

Teleşirkətin efirində, “İqtidar İberiya kanalıdı bağladı” yazısı çıxdı. Kanalın yayımının dayandırılmasından öncə, İberiyanın rəhbərləri iqtidara qarşı müvafiq suçlamalar irəli sürdülər.

Deputat Nato Çxeidze və həyat yoldaşı, Omeqa qrupun təsisçisi Zaza Okuaşvili bəyan edirlər ki, iqtidar onların biznesinə problemlər yaradaraq, İberiya kanalını dayandırmağa çalışır.

Həmçinin, medyada gizli audio-yazı yayıldı, hansı ilə bağlı baş prokurorluq tərəfindən istintaq aparılır. Maliyyə Nazirliyinin məlumatına görə, Omeqa qrupun rəhbərinin dövlət büdcəsinə  51 milyon lari məbləğində borcu var.