Iart Gallery-nin sərgi salonunda rəssam Tenqiz Mikoyantsın şəxsi sərgisi keçirilib
Iart Gallery-nin sərgi salonunda rəssam Tenqiz Mikoyantsın şəxsi sərgisi keçirilib

 

Iart Gallery-nin sərgi salonunda Gürcüstan Rəssamlar İttifaqının üzvü Tenqiz Mikoyantsın “Tbilisi payız rəngləri” adlı şəxsi sərgisi keçirilib.

Sərgidə rəssam Tenqiz Mikoyantsın qədim Tbilisi və müassir Tbilisi küçələrinin motivləri əsasında rəssamın yaşadığı və işlədiyi mühiti əks etdirən original rəngkarlıq rəngləri və çalarları ilə yaratdığı 60-a yaxın əsəri nümayiş etdirilib.

Sərgidə həm Gürcüstandan, həm də Ermənistandan olan rəssamlar, incəsənət xadimləri, qonaqlar iştirak ediblər.