Iaqo Xviçia - "Milli Hərəkat"-da ən azından indi Mixeil Saakaşvilinin Gürcüstana gəlməsi mövzusunda mənimlə bəhsə girəcək insan gəzirəm
Iaqo Xviçia - "Milli Hərəkat"-da ən azından indi Mixeil Saakaşvilinin Gürcüstana gəlməsi mövzusunda mənimlə bəhsə girəcək insan gəzirəm

 

“Milli Hərəkat”-da ən azından indi Mixeil Saakaşvilinin Gürcüstana gəlməsi mövzusunda mənimlə bəhsə girəcək insan gəzirəm-bu barədə müxalifə deputat, “Qirçi”-nin liderlərindən biri İaqo Xviçia bildirib.

Onun sözlərinə görə, Saakaşvili Gürcüstana gələ bilər, lakin bu risklidir.

“Milli Hərəkat”-da ən azından indi Mixeil Saakaşvilinin Gürcüstana gəlməsi mövzusunda mənimlə bəhsə girəcək insan gəzirəm. “Qirçi”-nin valyutasında, 100 milyon gürcü dolları ilə bəhsə girirəm. Bu gün “Porsche” oynayacağıq və əgər gəlsə , “Porsche” ilə müvafiq yerə aparacağıq. Oyunun qalibindən bir tək onu xahiş edəcəyik ki, əgər Saakaşvili gəlsə, bir günlüyünə “Porsche”-ni bizə versin ki, Saakaşviliyə xidmət etdək. Həbsxanaya qədər “Porsche” ilə yola sala bilmərik, orada başqa avtomobillə hərəkət edirlər. Söhbət bu insanı həbsxananın deyil, zəfərin gözləməsindən gedir”-deyə Xviçia bildirib.

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili dünən, oktyabrın 2-si axşam saatı üçün Kiyev-Tbilisi reysinə bilet aldığını bildirib və bilet sifarişinin fotosunu paylaşıb.