İaqo Xviçia - "Gürcü Arzusu"nun gətirdiyi insanlar da bizim gələcək seçicilərimizdir və biz istəmirik ki, onlara bir şey olsun, kimsə tərəfindən incidilsin və ya təhqir edilsinlər
İaqo Xviçia - "Gürcü Arzusu"nun gətirdiyi insanlar da bizim gələcək seçicilərimizdir və biz istəmirik ki, onlara bir şey olsun, kimsə tərəfindən incidilsin və ya təhqir edilsinlər

 
“Qirçi”nin lideri İaqo Xviçia aprelin 29-da qarşıdurma riskinin olduğunu bildirir, çünki hakimiyyət əks-nümayiş planlaşdırıb.

O bildirib ki, “Qirçi” “Rus qanununa yox” aksiyasının ruhunu dəstəkləsə də, “Gürcü Arzusu”nun gətirdiyi insanlara nəsə olmasını istəmir.

“Aprelin 29-da iki aksiya olarsa, qarşıdurma şansı olacaq. “Qirçi”nin üzvlərinin insanların bizim kim olduğumuzu anlaması üçün rəmzləri, bayraqları olacaq və biz ortada dayanacağıq. Biz “Rus qanununa yox” kampaniyasının ruhunu dəstəkləyirik, ancaq “Gürcü Arzusu”nun gətirdiyi insanlar da bizim gələcək seçicilərimizdir və biz istəmirik ki, onlara bir şey olsun, kimsə tərəfindən incidilsin və ya təhqir edilsinlər. Biz hər iki aksiyanın iştirakçılarının yanındayıq, çünki elə insanlar var ki, işini itirməkdən qorxaraq belə bir utancverici aksiyada dayanası olurlar. Qarşıdurma riski var, çünki hakimiyyət əks-nümayiş planlaşdırıb” – İaqo Xviçia açıqlayıb.