İaqo Xviçia - Siyasi böhrandan çıxdıqdan sonra, onu da düşünərik Mixeil Saakaşvili buraya necə qayıtsın ki, həbs edilməsin
İaqo Xviçia - Siyasi böhrandan çıxdıqdan sonra, onu da düşünərik Mixeil Saakaşvili buraya necə qayıtsın ki, həbs edilməsin

Bu gün Mixeil Saakaşvili bəyan etdi ki, siyasi böhrandan o gələnə qədər çıxılmayacaq, ancaq mən əksini düşünürəm, böhrandan çıxılmamış Saakaşvili buraya gələ bilməz, çünki burada vəziyyət qarışıqdır, – bu bəyanatı “Girçinin” lideri İaqo Xviçia verdi.

Onun dediyinə görə, Mixeil Saakaşvili hələlik Gürcüstana qayıda bilməz.

“Əgər həqiqətən buraya gəlmək istəyirsdə, hələ siyahi böhranın həll edilməsinə yardım etsin, sonra isə, onun buraya gəlməsi məsələsi də müzakirıə edilə bilər. Mən onun gəlməsinə qarşı deyiləm, ancaq indi gəlsə, onu həbs edəcəklər”, – dedi İaqo Xviçia.

Xatırladaq ki, Gürcüstanın sabiq prezidenti bu gün bəyan etdi ki, ölkədə siyasi vəziyyətin tam şəkildə normallaşması üçün onun Gürcüstana gedib-gələ bilməsi lazımdır.