Norveç şirkəti “Frontlainə” aid olan tankerin ekipaj üzvləri arasında gürcülər də varidilər.
Bu barədə məlumatı Norveçin “Varden Qanq” nəşriyyatı yayır.
Qəzetin yaydığı məlumata görə, ekipajın 23 üzvü arasında əsasən, ruslar, gürcülər və filipinlilər var idilər.
Onların heç birinə təhlükə toxunmayıb.
Məlumata görə, “Frontlainə” aid olan neft daşıyıcısı 75 min tona neft ilə yüklənmişdi. Yayılan məlumata görə, gəmi bortunda üç partlayış baş verdi.
Xatırladaq ki, İran medyası məlumat yaydı ki, Oman körfəzində iki tankerə hücum edildi.
Hücum edilən digər tanker isə, Panamada qeydiyyatdan keçən şirkətə aiddir.