"Hüquqlar Gürcüstan" adlı təşkilat Əfqan Muxtarlıya zərər çəkmiş statusu verdi
"Hüquqlar Gürcüstan" adlı təşkilat Əfqan Muxtarlıya zərər çəkmiş statusu verdi

“Hüquqlar Gürcüstan” adlı təşkilat Azərbaycanlı jurnalist Əfqan Muxtarlıya zərər çəkmiş statusunu verdi və işin kvalifikasiyasını dəqiqləşdirdi, – Bu haqda məlumatı “Hüquqlar Gürcüstan” təşkilatı yayır.

“İstintaqın başladığından dörd il sonra, “Hüquqlar Gürcüstan” təşkilatı, vəkil Arçil Çopikaşvili tərəfindən prokurorluğa təqdim edilən vasitəçiliyi qəbul edildi və 2017-ci ildə, Tbilisidən oğurlanan və Azərbaycan tərəfində verilən jurnalist Əfqan Muxtarlıya zərər çəkmiş statusu verildi.

Bununla yanaşı, işin kvalifikasiyası da dəqiqləşdirildi və indiyə qədər, Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin birinci hissəsi ilə aparılan istintaq, artıq 143-cü maddənin üçüncü hissəsi ilə aparılacaq,  hansı ki, qrup tərəfindən əvvəlcədən planlaşdırılaraq, insan oğurlamağı nəzərdə tutur.

Əfqan Muxtarlının işi ilə bağlı istintaq onun 2021-ci ilin aprelin 7-də, Almaniyadan Gürcüstana gəlib, istintaqla əməkdaşlıq etmək istədiyini bildirdikdən sonra yenidən başladı”, – deyilir təşkilatın bəyanatında.

Aprelin 9-da, Əfqan Muxtarlı vəkili Arçil Çopikaşvilinin iştirakı ilə prokurorluqda dindirildi. Aprelin 15-də, istintaq eksperimenti keçirildi və onun qaçırıldığı marşrut yoxlanıldı.

Əfqan Muxtarlıyı 2017-ci ildən bu günə qədər Tbilisi İnsan Hüquqları Evi və “Hüquqlar Gürcüstan” təşkilatı, sadəcə yerli səviyyədə deyil, Avropa məhkəməsində də müdafiyə edir.