Hüquq-mühafizə orqanlarının əməkdaşları "Atrium" biznes mərkəzində işləyirlər
Hüquq-mühafizə orqanlarının əməkdaşları "Atrium" biznes mərkəzində işləyirlər

Hüquq-mühafizə orqanları Tbilisidə, Vaxuşti körpüsü yaxınlığında səfərbər olunub.

Gürcüstanın Birinci Kanalının jurnalistinin hadisə yerindən verdiyi məlumata əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə ofisin yerləşdiyi “Atrium” biznes mərkəzində işləyirlər.

Orada olan vətəndaşlar hüquq-mühafizə orqanlarının əməkdaşlarının biznes mərkəzində nə işlə məşğul olduqlarını dəqiq deyə bilmirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının biznes mərkəzə  getmələri zəng mərkəzlərinin işi ilə bağlı ola bilər.