Hüquq Komitəsi Ali Məhkəmənin hakimi vəzifəsinə hər üç namizədi dəstəkləyib
Hüquq Komitəsi Ali Məhkəmənin hakimi vəzifəsinə hər üç namizədi dəstəkləyib

 
Hüquq Məsələləri Komitəsinin iclasında Ali Ədliyyə Şurası tərəfindən Ali Məhkəməyə hakim olaraq seçilmək üçün Gürcüstan Parlamentinə təqdim edilmiş hər üç namizədi dəstəkləyiblər.

Qizo Ubilava, Badri Şonia və Qoça Ceiranaşvilinin namizədliyi plenar iclasda müzakirə olmadan səsə qoyulacaq. Sözügedən qərar da Hüquq Məsələləri Komitəsinin hakimliyə namizədlərin dinlənilməsinin 4 saatdan artıq davam edən iclasında qəbul edilib.

Komitənin sədri Anri Oxanaşvilinin bəyanatına əsasən, Ali Məhkəmənin hakimi vəzifəsini əlifba sırası ilə birinci seçiləcək şəxs tutacaq. Sonrakı namizədlər isə Ali Məhkəmənin hakimi səlahiyyətini məhkəmədə yerin boşalmasından sonra icra edəcəklər.

“Səsvermədə birinci olan və soyadların əlifba sırasına əsasən seçiləcək şəxs Ali Məhkəmədə hakim funksiyasını yerinə yetirməyə başlayacaq. Sentyabrda və ya oktyabrda yerlər boşalacağından, iki namizəd soyadlarının əlifba sırası ilə Ali Məhkəmənin hakimi səlahiyyətlərini daha sonra yerinə yetirəcək” – Anri Oxanaşvili açıqlayıb.