Hubert Knirş - Almaniya Səfirliyi seçki mühitinə diqqət edir və çox sevinirik ki, zorakılıq halları azalıb
Almaniyanın Gürcüstandaki səfiri Hubert Knirş bəyan edir ki, Almaniya Səfirliyi seçki qabağı mühitə diqqət yetirir və topladığı məlumatlarla bağlı dəyərləndirməyi seçkilərdən sonra verəcək.
“Tbilisidə olan bütün səfirliklər və həmçinin, Almaniya Səfirliyi seçki qabağı vəziyyətə və seçkilərin keçirildiyi şəraitlərə diqqət edir.
Sevinirik ki, zorakılıq insindentləri bu vaxt üçün azalıb.
Hazırda, biz seçki mühiti ilə bağlı müxtəlif məlumat alırıq və bəzən onların dəyərləndirilməsi çətin olur. Ona görə də, vəziyyəti seçkilərdən sonra, ODİHR-ın müşahidəçi missiyası ilə bərabər dəyərləndirəcəyik” – dedi Hubert Knirş.