Hökumətin hesabatı - 2022-ci ildə 2021-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin və bunun nəticəsində həlak olan və yaralananların sayında azalma tendensiyası müşahidə olunur
Hökumətin hesabatı - 2022-ci ildə 2021-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin və bunun nəticəsində həlak olan və yaralananların sayında azalma tendensiyası müşahidə olunur

 

2022-ci ildə 2021-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin və bunun nəticəsində həlak olan və yaralananların sayında azalma tendensiyası müşahidə olunur- bu barədə hökumətin artıq parlamentə təqdim olunmuş keçən il üçün hesabatında deyilir.

Sənəddə 2022-ci ildə 2021-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 7 faizlə, həlak olanların sayının 4 faizlə, xəsarət alanların sayının isə 2 faizlə azaldığı qeyd olunub.

Hökumət tərəfindən verilmiş məlumatda hesabat dövründə cinayətlərin qarşısının alınması, ictimai və yol təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi məqsədilə 1309- 969-u ümumi görmə, 340-ı isə nömrə nişanının tanınması videokamerasının quraşdırıldığı deyilir.

“Bu günə olan vəziyyətə əsasən ölkə miqyasında ümumilikdə 6765 videokamera quraşdırılıb: 4572-si ümumi görmə, 2193-ü isə nömrələrin tanınması üçün”-deyə layihədə deyilir.