Hökumətin qərarına əsasən, mayın 7, 8 və 10-u qeyri-iş günləri elan edilib
Hökumətin qərarına əsasən, mayın 7, 8 və 10-u qeyri-iş günləri elan edilib

 
Gürcüstan hökumətinin qərarına əsasən, 2024-cü ilin mayın 7, 8 və 10-u qeyri-iş günləri elan edilib.

Sənədə əsasən, inzibati orqanın zərurətdən irəli gələrək, səlahiyyəti çərçivəsində qərarla müəyyən edilmiş qeyri-iş günlərinin şamil edilməyəcəyi xidmət və işçiləri özünün müəyyən etmək səlahiyyəti var.

Hökumət Administrasiyasının məlumatına əsasən, qərar Gürcüstan Milli Bankının nəzarətinə tabe şəxslər qarşısında yerinə yetirilməli olan maliyyə öhdəliklərinə, eləcə də dövlət satınalmaları ilə əlaqəli fəaliyyətlərə və dövlət satınalmaları ilə əlaqəli davaların müzakirə şurasının fəaliyyətinə şamil edilmir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze qərarı artıq imzalayıb.