Hökumət nümayəndələri bildirirlər ki,Bolnisi Munisipalitetinin sakinləri  kartofun satışı ilə bağlı problemlə qarşılaşmayacaqlar

 

Çalışacağıq ki, sakinlərə maksimal şəkildə yardım edək , məhsulları xarab olmasın və   satışında problem yaşamasınlar-bu barədə Kənd Təsərrüfatı nazirinin müavini Solomon Pavliaşvili bildirib.

Solomon Pavliaşvili və Kvemo Kartli qubernatoru,Şota Rexviaşvili  bu gün  Naxiduri(Arxılı), Xidisğuri (Həsənxocalı) və Parizi(Muğanlı) kəndlərinin sakinləri ilə görüşüblər.

Solomon Pavliaşvilinin də  qeyd etdiyi kimi, kartof məhsulunun yığım vaxtı çox qısa olduğundan çevik   mexanizm hazırlamaq lazımdır.

“Burada  900 hektara yaxın kartof var, təxminən 20-25 min ton məhsul yığacağımızı gözləyirik. Məhsulun satışında maneəçiliklərin yaranmaması üçün əlimizdən gələni edəcəyik. Bu istiqamətdə müxtəlif formalar  müzakirə olunur. İxracatçı və distribyutorları daxil edə biləcəyimizlə yanaşı ,Marneulidə etdiyimiz kimi yerli sakinlərə   icazə vərəqi verə bilərik. Çalışacağıq ki, sakinlərə maksimal şəkildə yardım edək , məhsulları xarab olmasın və   satışında problem yaşamasınlar . Kartof məhsulunun yığım vaxtı çox qısa olduğundan çevik   mexanizm hazırlamaq və düzgün idarəçilik lazımdır. Bu məsələyə quberniya, meriya, Ətraf Mühitin Mühafizəsi   və Kənd Təsərrüfatı Nazirliyi qoşulub ”-deyə Solomon Pavliaşvili bildirib.

Bununla yanaşı , Bolnisi meri   Davit Şerazadişvilinin qeyd etdiyi kimi, Bolnisi Munisipaliteti  kənd təsərrüfatı sahəsində seçilən bölgədir  və bu baxımdan yeni kartof əhalinin 20 faizinin əsas gəlir mənbəyidir.

“ Təxminən 1500 hektaradək səpilmiş kartof var  və 40 min ton kartof məhsulu gözləyirik. Bu karantin şəraitində 40 min ton kartofun  satılması böyük səy eləcə də  resurs tələb edir,mühüm olan fermerlərimizin,əhalimizin zərər görməməsi və becərdikləri məhsuldan maksimal gəlir əldə etmələridir″-deyə Davit Şerazadişvili bildirib.

Hazırladı –Sevinc Mustafayeva