Hökumət koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən profilaktik tədbirlər çərçivəsində bir neçə yeni qərar qəbul edib
Hökumət koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən profilaktik tədbirlər çərçivəsində bir neçə yeni qərar qəbul edib

Baş nazir, Qiorqi Qaxarianın rəhbərliyi ilə bü gün keçirilən Qurumlararası Koordinasiya Şurasının növbəti iclasında, Gürcüstanda koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən profilaktik tədbirlər çərçivəsində, yeni qərarlar qəbul edilib.

İclas və qərarlar ilə bağlı məlumatı Gürcüstanın Baş nazirinin Mətbuat Xidməti yayıb.

Hökumətin qərarı əsasında, martın 18-dən etibarən, iki həftə ərzində Gürcüstanın dövlət sərhədlərindən xarici ölkə vətəndaşlarının ölkə ərazisinə girişinə qadağa qoyulur.

Həmçinin, Gürcüstanın dağ-xizək kurortları müvəqqəti olaraq bağlanılır.

Koordinasiya Şurasının iclasında kafelər, barlar və restoranlara vətəndaşlara birbaşa xidmətin dayandırılması və çatdırılma xidmətlərinin göstərilməsinə dair rekomendasiyanın verilməsi ilə bağlı qərar verilib.

Bununla yanaşı Hökumət Administrasiyasında Qurumlararası Koordinasiya Şurasının iclasında verilmiş qərarların icrası ilə əlaqədar monitorinq mexanizmi yaradılır. Bununla belə, yaşı 70-i ötmüş vətəndaşlara, ictimai yerlərdən mümkün qədər uzaq durmağa və əllərindən gəldiyi qədər öztəcriddə qalmağa dair tövsiyyə verilib ki, bu da onların səhhəti üçün potensial təhlükənin dəf edilməsi məqsədi daşıyır.

Baş nazirinin Mətbuat Xidməti tərəfindən yayılmış məlumatda da qeyd olunduğu üzrə, hökumət başçısı 4 mühüm amilin olduğunu və sözü gedən amillərin effektiv idarəçiliyinin son olaraq mövcud çağırışın dəf edilməsinə əks olunacağını bildirib. Bunlara -səhiyyə, iqtisadiyyat, logistika və tədarük olunmanın idarəçiliyi, ictimai nizam-intizam, hər bir istiqamət üzrə müvafiq profilli nazir daxildir. Şuranın iclasında baş nazir Gürcüstanda koronavirusa yoluxmuş pasiyentlərin səhhəti və zərurət yaranacağı təqdirdə klinikaların hazırlıq səviyyəsi ilə bağlı məlumatı dinləyib.

İclasda qeyd olunub ki, bu günə olan məlumatlara əsasən, 33 nəfər virusa yoluxub. Onların əksəriyyətinin vəziyyəti isə qənaətbəxşedicidir. Pasiyentlərin hamısının vəziyyəti sabitdir və onların üzərində müvafiq müalicə aparılır.

Koordinasiya Şurasına, bu mərhələdə 637 nəfərin karantində olması , 54 nəfərin isə stasionar nəzarətdə olmasına dair məlumat verilib. Baş nazir bir daha vətəndaşları Səhiyyə Nazirliyinin və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrini yerinə yetirməyə, əllərini tez-tez yumağa, ictimai yerlərdən uzaq durmağa, xaricə səyahət etməməyə və risk zonasına düşəcəkləri təqdirdə, öztəcrid qaydalarına ciddi şəkildə əməl etməyə çağırıb.

“Baş nazirin rəhbərlik etdiyi Qurumlararası Koordinasiya Şurası, əlaqələndirilmiş addımların atılması məqsədi ilə iclasları sistematik şəkildə davam etdirir”, – deyə Baş nazirin Mətbuat Xidmətinin məlumatında qeyd olunur və həmçinin, bildirilib ki, Şuranın fəaliyyətinə Gürcüstanın Prezident Administrasiyası və parlamentin müvafiq komitəsi aktiv şəkildə qoşulub.