Hökümət administrasiyasının yanında Ləmbəlli kəndindən qız qaçırdılması faktını etiraz etdilər
Hökümət administrasiyasının yanında Ləmbəlli kəndindən 17 yaşlı qızın qaçırdılması faktını etiraz etdilər.
Aksiya iştirakçıları tərəb edirlər ki, Daxili İşlər Naziri baş verən faktı şəxsi nəzarəti altına alsın və müvafiq idarələri istintaq prosesinə qoşsun.
Bununla yanaşı, aksiya iştirakçıları tələb edirlər ki, dövlət erkən evliliklərə qarşı effektiv strategiya işlətsin.
Etiraz edənlər bəyan edirlər ki, hüquqmühafizə strukturları tərəfindən milliyətcə azərbaycanlı qızlara qarşı diskriminasiyaya son qoyulmalıdır və qızı qaçırdmaqda iştirak edən hərkəs məsuliyyətə cəlb olunmalıdır.
Saqareco munisipalitetinin Ləmbəlli kəndində, oktyabrın 12-də 17 yaşlı qız Tüllər kəndinin sakini olan bur gənc tərəfindən qaçırdıldı. Qaçırdılan qızın valideynlərinin dediyinə görə, qızı evdən zornan qaçırdıblar.
Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Gürcüstanın Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin “d” altmaddəsi ilə istintaq aparılır, hansı ki, həddi buluğa çatmamış şəxsin qeyri-qanuni şəkildə azadlıqdan məhrum edilməsini nəzərdə tutur.