Hökumət Administrasiyası - Məhdudiyyətlərin keçərliliyinin maksimal müddəti 15 iyuldur, lakin bu, ictimai nəqliyyata qoyulan məhdudiyyətin daha əvvəl qaldırılacağını istisna etmir
Məhdudiyyətlərin keçərliliyinin maksimal müddəti 15 iyuldur, lakin bu,onların hissəsi,o cümlədən ictimai nəqliyyata qoyulan məhdudiyyətin daha əvvəl qaldırılacağını istisna etmir-bu barədə Gürcüstanın Birinci Kanalına Hökumət Administrasiyasında bildiriblər.
″Sərəncamla nəzərdə tutulan məhdudiyyətlərin keçərliliyinin maksimal müddəti 15 iyuldur, lakin bu,təyin olunmuş məhdudiyyətlərin bir hissəsinin, o cümlədən ictimai nəqliyyata qoyulan məhdudiyyətin daha əvvəl qaldırılacağını istisna etmir. Ayrı-ayrı iqtisadi fəaliyyətlərin bərpa edilməsinə dair qərarın müəyyən olunmuş vaxtdan əvvəl verilməsi kimi , Qurumlararası Koordinasiya Şurası epidemioloji vəziyyətin təhlili əsasında qalan məhdudiyyətlərin tədricən qaldırılması barədə qərar qəbul edəcək, bundan sonra qətnaməyə müvafiq dəyişikliklər ediləcək″-deyə Hökumət Administrasiyasından bildirilib
Gürcüstanda fövqəladə vəziyyət və komendant saatı ləğv olunub,lakin müəyyən məhdudiyyətlərin qaldırılması ilə yanaşı,iyulun 15-dək müxtəlif növ tənzimləmələr qalır.
Hazırladı-Sevinc Mustafayeva