Hökumət Administrasiyası - İrakli Ğaribaşvili zəlzələ nəticəsində həlak olmuş şəxslərlə əlaqədar Rəcəb Tayyib Ərdoğana şəxsən başsağlığı verib
Hökumət Administrasiyası - İrakli Ğaribaşvili zəlzələ nəticəsində həlak olmuş şəxslərlə əlaqədar Rəcəb Tayyib Ərdoğana şəxsən başsağlığı verib

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili zəlzələ nəticəsində həlak olmuş şəxslərlə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana şəxsən başsağlığı verib.

İrakli Ğaribaşvili Rəcəb Tayyib Ərdoğanla bu gün görüşüb.

İrakli Ğaribaşvilinin qeyd etdiyi kimi, Gürcüstan dost türk xalqının yanındadır və istənilən zəruri dəstəyi göstərməyə hazırdır.

Ankarada keçirilən görüşdə zəlzələnin nəticələrinin aradan qaldırılması və xilasetmə tədbirlərində gürcü xilasedicilərin iştirakı, eləcə də Gürcüstan tərəfindən göstərilmiş humanitar yardım vurğulanıb.

Rəcəb Tayyib Ərdoğan İrakli Ğaribaşviliyə çətin anda dərhal göstərilən köməyə görə təşəkkür edib. İrakli Ğaribaşvili türk xalqına dözüm, yaralananların isə tezliklə sağalmasını arzulayıb.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.