Hökumət administrasiyası qarşısında etiraz aksiyası keçirilir.
Aksiyada müxalifət partiyalarının nümayəndələri, onların tərəfdarları və sadə vətəndaşlar iştirak edirlər.
Aksiya iştirakçıları Ukraynaya həmrəylik elan edirlər , eyni zamanda baş nazir İrakli Ğaribaşvilinin bugünkü bəyanatına etiraz edirlər. Ğaribaşvilinin bəyanata əsasən, Gürcüstan milli maraqlarını nəzərə alaraq maliyyə və iqtisadi sanksiyalarda iştirak etməyi planlaşdırmır.
Aksiyada İrakli Ğaribaşvilinin istefa verməsi ilə əlaqədar şüarlar eşidilir.
Hökumət Administrası qarşısına toplaşanların bir hissəsinin sözlərinə görə, Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmalıdır.