"Hipokrat" universitetinin və MMC "Tbilisi Beynəlxalq Akademiyasının" tələbələri üçün mobillik elan ediləcək
"Hipokrat" universitetinin və MMC "Tbilisi Beynəlxalq Akademiyasının" tələbələri üçün mobillik elan ediləcək

“Hipokrat” universitetinin və “Tbilisi Beynəlxalq Akademiyasının” tələbələri üçün mobillik elan ediləcək.

Bu barədə bəyanatı Təhsil Naziri Mixeil Çxenkeli verdi.

Yuxarıda qeyd olunan təhsil müəssisələrinin avtorizasiyası müəyyən səbəblərə görə, ləğv olundu.

Nazir Mixeil Çxenkeli qeyd etdi ki, həmin təhsil müəssisələrinin tələbələri  Gürcüstanın müxtəlif ali məktəblərnə yerləşdiriləcəklər.

Avtorizasiya şurasının qərarı ilə, Tbilisinin tibb universiteti “Hippokrat”-ın və MMC “Tbilisi Beynəlxalq Akademiyasının” avtorizasiyası ləğv edildi, – bu barədə məlumatı Təhsil Keyfiyyətinin Milli İnkişaf Mərkəzi yayır.

Mütəxəssislər qrupunun qərarına əsasən, qeyd olunan təhsil müəssisələrində necə təhsil prosesində, eləcə də keyfiyyətində pozuntular aşkarlandı.

“2018-ci ilin fevralın 15-də ali təhsil müəssisələrinin avtorizasiya şurasının iclasında Tbilisinin tibb universiteti “Hippokrat”-ın və MMC “Tbilisi Beynəlxalq Akademiyasında” keçirilən monitorinq nəticələri məlum edildi.

Mütəxəssislər qrupu tərəfindən təqdim edilər qərarlar əsasında, ali təhsil müəssisələrinin avtorizasiya şurası qərar verdi ki, bu iki tibb müəssisəsinin avtorizasiyaları ləğv edilsin” – deyilir mərkəzin bəyanatında.

Bu qərar haqqında təfərrüatlı məlumat mərkəzin veb-səhifəsində yerləşdirilib.

Tələbələrin maraqlarından irəli gələrək, mərkəz bu müəssisələrin tələbələrinə müxtəlif təhsil müəssisələrində yerləşdirilməsinə yardım edəcək.