Heyvanların Monitorinq Agentliyi vətəndaşlara müraciət edir ki, ev heyvanlarına quduzluğa qarşı peyvəndlər vurdursunlar

Heyvanların Monitorinq Agentliyi bəyanat yayır.

Agentliyin bəyanatında qeyd olunur ki, son bir il ərzində, Diğomi kəndində və Vazisubani məhəlləsində quduzluq virusunun iki halı qeydə alınıb.

Heyvanların monitorinq agentliyi heyvan sahiblərinə müraciət edir ki, ev heyvanlarını (it, pişik) quduza qarşı vaksinasiya etdirsinlər.

Xüsusi ilə də ovçu cins itlərinə vaksinasiyanın edilməsi tövsiyyə edilir.

Agentliyin məlumatına görə, 2019-cu ildə Tbilisidə quduz virusunun altı, cari il isə, bir halı qeydə alındı.