Hesabata əsasən, Tbilisidə hava kirlənməsinin əsas səbəbi avtonəqliyyat vasitələrindən çıxan düstüdür

Tbilisidə hava kirlənməsinin əsas səbəbi avtonəqliyyat vasitələrindən çıxan düstüdür, – Bu barədə Parlamentin Ətraf Mühitin qorunması və təbii resurslar komitəsi tərəfindən hazırlanan hesabatda deyilir.

Bununla yanaşı, Tbilisi meriyasının bəyanatına görə, 2019-cu ilin sonuna qədər, ictimai nəqliyyat yeni, müasir vasitələrlə əvəz ediləcək. Ancaq köhnə, sarı avtobusların utilizasiya planının olub, olmadığı hələlik məlum deyil.

Ətraf Mühitin Qorunması məsələləri üzrə komitə dövlət audit xidmətinin mövqeyini paylaşır və tövsiyyələr verir ki, avtobusların və mikroavtobusların texniki yoxlanışdan keçmə qaydaları sərtləşdirilsin.

Parlamentin Ətraf Mühitin qorunması və təbii resurslar komitəsi tərəfindən, paytaxdtda atmosfer havasının kirlənməsinin əsas mənbələri haqqında hazırladığı hesabat mayın 6-da büro iclasında təqdim ediləcək.