Hərbi təlimlərə görə, avqustun əvvəlində Tbilisi istiqamətinə avia-reyslər məhdudlaşdırılacaq

Gürcüstanın Müdafiyə Nazirliyi tərəfindən planlaşdırılan təlimlərə görə, avqustun əvvəlində Tbilisi istiqamətinə avia-uçuşlar məhdudlaşdırılacaq.

Bu barədə məlumat Vətəndaş Aviasiyası Agentliyinin veb-səhifəsində yayılıb.

Avia-uçuşların təhlükəsizliyinin qorunması məqsədiyi ilə, Tbilisinin avia-nəzarətçi rayonları 3, 4, 5, 7,8 və 9 avqust tarixlərində, müəyyən saatlarda qapalı olacaq.

Məhdudiyyətlərə görə, avia-şirkətlərin bir hissəsi ucuş cədvəllərini dəyişdirməli olacaqlar.

Misal üçün, Azərbaycanın “Buta Airways” şirkəti uçuş cədvəlinin dəyişdirilməsi haqqında yolçulara artıq məlumat verdi.