Heidi Hautala - bəzən daha yaxşıdır ki, nüfuzlu şəxslərin rəsmi mövqeləri olsun
Heidi Hautala - bəzən daha yaxşıdır ki, nüfuzlu şəxslərin rəsmi mövqeləri olsun

Bəzən daha yaxşıdır ki, nüfuzlu şəxslərin rəsmi mövqeləri olsun, – bu barədə Birinci Kanala Avropa Parlamentinin üzvü, Heidi Hautala Bidzina İvanişvilinin “Gürcü Arzusunun” sədr seçilməsi ilə bağlı bəyan etdi.

“Bu təqdirdə onlar cari prosseslərə məsuliyyət daşıyırlar. Nüfuzlu insan kölgədən çıxanda ictimai şəxs olur və partiya, təşkilat, ölkən və əhali qarşısında məsuliyyət daşıyır”, – Heidi Hautala bəyan etdi.

Avropa Parlamentinin üzvünün dediyinə görə, Gürcüstanda cari il önəmli prezident seçkiləri keçiriləcək.

“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası ofisində keçirilən görüşdən sonra, Baş nazir, Giorgi Kvirikaşvili bəyan etdi ki, partiyaya Bidzina İvanişvili rəhbərlik edəcək.

Bidzina İvanişvili ölkəmizin ən ağır dövründə partiya yaratdı. Bidizna İvanişvilinin faktorunun komandamız üçün nə qədər böyük olduğu hamı üçün aydındır. Demək istəyirəm, komandamızın adı ilə Bidzina İvanişviliyə partiyanın sədrliyini təklif etdim və sevinirəm ki, Bidzina İvanişvili razılığını bəyan etdi”, – Kvirikaşvili qeyd etdi.