Hazırda təbii fəlakət zonasında 35 nəfərlə əlaqə saxlamaq mümkün deyil
Hazırda təbii fəlakət zonasında 35 nəfərlə əlaqə saxlamaq mümkün deyil

Regional inkişaf və infrastruktur naziri İrakli Karseladzenin sözlərinə görə, hazırda təbii fəlakət zonasında olan 35 nəfərlə əlaqə saxlamaq mümkün deyil.

“Proses davam edir, yoxlanılır, dəqiqləşdirilir. İnfrastruktur istiqamətinə gəlincə, texnika səfərbər olunub, artıq iki ekskavator daşınıb və çayda proses davam edir. Alınan iki körpü ilə bağlı da hazırlıq işləri aparılır və əslində, planlaşdırdığımız kimi, körpünün quraşdırılmasına bu gün başlanacaq”, – deyə Karseladze bildirib.

Oni Munisipalitetində, təbii fəlakət zonasında artıq ikinci gündür ki, axtarış-xilasetmə əməliyyatı davam edir, axtarışlara 400-ə yaxın yanğınsöndürən-xilasedici və Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları cəlb olunublar. Bu gün saat 06:00-dan etibarən iki sərhəd polisi helikopteri xilasetmə əməliyyatına cəlb olunub.

Hazırda daha 140 nəfər təbii fəlakət bölgəsindən təhlükəsiz əraziyə köçürülüb.

Oni Munisipalitetinin Qlola kəndində fövqəladə halların idarə olunması xidmətinin səyyar qərargahı təşkil edilib.

Avqustun 3-də Şovidə sürüşmə baş verib.