Havai adalarındaki Kilauea vulkanının fəallaşmasına görə, evakuasiya elan edildi

Havai adalarındaki Kilauea vulkanının fəallaşdığına görə, evakuasiya elan edildi.

Bu mərhələdə yaşayış evlərini 1700 nəfər tərk etməli olacaq.

Vulkanın fəallaşmasına mayın 2-də, regionda baş verən 5 maqnitudalı zəlzələ səbəb oldu.

Havai adasındaki Kilauea vulkanı dünyanın ən fəal vulkanlarından biridir. 

Son dəfə o 2014-cü ildə fəallaşmışdı.