Məhkəmə Hanter Baydenin günahsız olduğuna qərar verib
Məhkəmə Hanter Baydenin günahsız olduğuna qərar verib

ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden məhkəmə tərəfindən günahsız hesab edilib. Məlumatı “Reuters” yayıb.

Hanter Bayden silah saxladığı müddət boyunca narkotik maddə istifadə etməkdə ittiham olunurdu və ABŞ federal qanunlarına görə, narkotik istifadəçisi tərəfindən odlu silahın saxlanması cinayət sayılır. Bununla belə, istintaqın versiyasına görə, 2018-ci ildə Hanter Bayden Kolt revolverini alarkən artıq narkotik vasitələrdən istifadə etməməsi ilə bağlı rəsmi sənədlərdə yalan danışıb.