Haaqa Məhkəməsinin zərər görənlər fondu avqust müharibəsində zərər görənlər üçün 600 000 avroluq yardım proqramına başlayır
Haaqa Məhkəməsinin zərər görənlər fondu avqust müharibəsində zərər görənlər üçün 600 000 avroluq yardım proqramına başlayır

Haaqa Beynəlxalq Hüquq Məhkəməsinin zərər görənlər fondunun direktoratı (TVF) 2008-ci ilin avqust müharibəsində zərər görənlər üçün 600 000 avroluq yardım proqramına başlayır.

Bu barədə məlumatı Ədliyyə Naziri vəzifəsinin icraçısı, Haaqa Məhkəməsinin zərər görənlər fondunun direktoratının üzvü Qoça Lordkipanidze verdi.

Məlumatı Ədliyyə Nazirliyi yayır.

Ədliyyə Nazirliyinin məlumatına görə, proqramla nəzərdə tutulan yardım 2008-ci ildə zərər görən və işğal xəttinnin hər iki tərəfində olanlara veriləcək.

Proqram tibbi xidməti, psixoloji reabilitasiyayı və digər növ dəstəyi nəzərdə tutur.

Qeyd edilməlidir ki, Gürcüstan ilk ölkədir, hansı üçün Haaqa Məhkəməsinin direktoratı xüsusi yardım proqramı hazırlayıb.

Ədliyyə Nazirliyinin məlumatına görə, Haaqa Məhkəməsi və Gürcüstan Dövlətinin məsləhətləşmələri nəticəsində, məlum oldu ki, avqust müharibəsi nəticəsində zərər görənlərin bugün də psixoloji, sağlamlıq və digər dəstəyə ehtiyyacları var.

Direktorat yeni yardım proqramı haqqında detalları Gürcüstan iqtidarı, vətəndaş cəmiyyəti və avqust müharibəsində zərər görənlərlə məsləhətləşmələr başa çatdıqdan sonra təqdim edəcək.

Məlumat üçün, Haaqa məhkəməsinin zərər görənlər fondunun direktoratına Qoça Lordkipanidze 2018-ci ilin dekabr ayında 123  ölkənin dəstəyi ilə seçildi.

Bu Şərqi Avropa ölkələri üçün nəzərdə tutulan kvotların Gürcüstanlı namizəd tərəfindən alınmasının ilk halıdır.