"HƏMAS"ın hərbi qanadı bildirir ki, son 24 saat ərzində İsrailin Qəzza sektorunu bombardman etməsi nəticəsində dördü əcnəbi olmaqla 9 nəfər girov həyatını itirib
"HƏMAS"ın hərbi qanadı bildirir ki, son 24 saat ərzində İsrailin Qəzza sektorunu bombardman etməsi nəticəsində dördü əcnəbi olmaqla 9 nəfər girov həyatını itirib

“HƏMAS”ın hərbi qanadı bəyan edir ki, İsrailin Qəzza sektorunu bombardman etməsi nəticəsində son 24 saat ərzində dördü əcnəbi olmaqla doqquz girov həyatını itirib.

İsrail mediası “əl-Qəssam briqadaları”na əsaslanaraq müvafiq məlumat yayıb.

Bundan bir gün əvvəl qruplaşma İsrailin hava hücumları nəticəsində 13 girovun öldürüldüyünü bəyan etmişdi və İsrail hakimiyyəti bunu təbliğat kimi qiymətləndirmişdi.

İsrailə hücum zamanı “HƏMAS” uşaqlar da daxil olmaqla onlarla insanı girov götürüb.