"HƏMAS" İsrailin atəşkəs və girovların azad edilməsi ilə bağlı son təklifinin onların tələblərinə cavab vermədiyini bildirir
"HƏMAS" İsrailin atəşkəs və girovların azad edilməsi ilə bağlı son təklifinin onların tələblərinə cavab vermədiyini bildirir

 
“HƏMAS” İsrailin atəşkəs və girovların azad edilməsi ilə bağlı son təklifinin onların tələblərinə cavab vermədiyini bildirir.

“HƏMAS”ın yaydığı bəyanatda bu təklifi Misir, Qətər və ABŞ-ın vasitəçiləri vasitəsilə aldığı qeyd olunub.

“Səyləri yüksək qiymətləndirməyimizə baxmayaraq, İsrail inadkardır və xalqımızın heç bir tələbinə cavab verməyib”-bəyanatda deyilir.

Bununla yanaşı, “HƏMAS”ın açıqlamasına görə, liderlər təklifi müzakirə edəcəklər və cavabı vasitəçilərə məruzə edəcəklər.

“HƏMAS” xalqımıza qarşı təcavüzə son qoyacaq razılaşma əldə etməyə can atır” – deyə bəyanatda qeyd olunub.

ABŞ Mərkəzi Kəşfiyyat Agentlyinin direktoru Bil Berns atəşkəs və “HƏMAS” tərəfindən israilli girovların azad edilməsi ilə bağlı yeni təklif təqdim edib. Üç mərhələdən ibarət sazişin birinci mərhələsi 40 israilli girov müqabilində fələstinli əsir və məhbusların azad edilməsini nəzərdə tutur.