“HƏMAS” İsraildən girov götürülənlərin Benyamin Netanyahunu tənqid etdiyi təbliğat videosunu yayır
“HƏMAS” İsraildən girov götürülənlərin Benyamin Netanyahunu tənqid etdiyi təbliğat videosunu yayır

 
“HƏMAS” İsraildən girov götürülənlərin ölkənin baş naziri Benyamin Netanyahunu tənqid etdiyi təbliğat videosunu yayır. Videoda girovlar Netanyahunu onların azad olunmasını təmin etməyə çağırır və 7 oktyabr hücumunun qarşısını ala bilmədiyi üçün onu tənqid edirlər.

İsrail mediası yazır ki, bəyanatları demək olar ki, onları əsir götürənlər tərəfindən diktə edilən üç qadının kimliyi müəyyən edilməyib.

“Oktyabrın 7-də siyasi, təhlükəsizlik və hərbi məğlubiyyətinizə görə cavab veririk. Ordu yox idi, heç kim gəlmədi. Bizi heç kim qorumadı. Biz günahsız vergi ödəyən vətəndaşlarıq. Əsirlikdə pis vəziyyətdəyik. Bizi öldürürsünüz. Bizi öldürmək mi istəyirsiniz? Öldürülən İsrail vətəndaşlarının sayı kifayət deyilmi? Bizi indi sərbəst buraxın” – girovlar videoda deyirlər.