Ğvareli munisipalitetinin Axalsopeli kəndinin meşəsində yanğın qeydə alınıb
Ğvareli munisipalitetinin Axalsopeli kəndinin meşəsində yanğın qeydə alınıb

 
Ğvareli munisipalitetinin Axalsopeli kəndinin meşəsində yanğın qeydə alınıb. Hazırda ərazidə iki yanğın ocağı müşahidə olunur.

Yanğın mürəkkəb relyefdə yayılıb, meşənin aşağı örtüyü yanır.

Hadisə yerində yanğınsöndürmə işləri aparılır. Xüsusi texnika səfərbər olunub.

Fövqəladə Halların İdarəedilməsi Xidmətindən verilən məlumata görə, yanğının səbəbi hələlik məlum deyil.