Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili bugün Mtatsminda Panteonunu və Qəhramanlar Memorialını ziyarət etdi [Video]

Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili inauqurasiya mərasimindən bir gün öncə Mtatsminda Panteonunu və Gürcüstanın ərazi bütövlüyü üçün həlak olan Qəhramanlar memorialını ziyarət etdi.

Prezidentin ziyarəti ilə bağlı video-materialı onun mətbuat xidməti yayır.

Yeni seçilən prezidentin inauqurasiya mərasimi sabah Telavidə keçiriləcək.