Gürcüstanın Türkiyədəki səfirinin verdiyi məlumata görə,Türkiyəyə müalicəyə gedənlər  üçün məhdudiyyətlər mayın 20-dən qaldırılır    
Gürcüstanın Türkiyədəki səfirinin verdiyi məlumata görə,Türkiyəyə müalicəyə gedənlər  üçün məhdudiyyətlər mayın 20-dən qaldırılır   

 

 

Türkiyəyə müalicəyə gedən Gürcüstan vətəndaşları üçün qadağalar mayın 20-dən qaldırılır.

Bu barədə Gürcüstanın Türkiyədəki səfiri,Q.Janjğava sosial şəbəkədə yazır.

“Türkiyə Səhiyyə Nazirliyinin qərarına əsasən, mayın 20-dən etibarən,ölkəyə müalicə məqsədi ilə daxil olan pasiyentlər üçün pandemiya səbəbi ilə qoyulan məhdudiyyətlər qaldırılır.Bu  31 ölkəyə, o cümlədən Gürcüstan vətəndaşlarına şamil olunacaq.

Türkiyə Səhiyyə Nazirliyi ölkəyə giriş, xəstəxanaya qəbul, müalicə və təcrid olunmanı təmin etmək üçün    müvafiq tənzimləmələr  müəyyən edib. Həmçinin , Türkiyə Səhiyyə Nazirliyi, müalicəyə gələn şəxslə birlikdə gələnlərə  yönəlik  qaydaları / normaları da müəyyən edəcək “-deyə Qiorqi Janjğava tərəfindən feysbukda yayılmış məlumatda qeyd olunub.

 

 

 

Hazırladı-Sevinc Mustafayeva