Gürcüstanın Türkiyədəki səfiri - Türkiyə tərəfi xüsusi ilə vurğuladı ki, Doliskani kilsəsinin yanında ictimai tualetin tikilməsinə imkan verilməyəcək
Gürcüstanın Türkiyədəki səfiri - Türkiyə tərəfi xüsusi ilə vurğuladı ki, Doliskani kilsəsinin yanında ictimai tualetin tikilməsinə imkan verilməyəcək

Türkiyə tərəfi xüsusi ilə vurğuladı ki, Doliskani kilsəsinin yanında ictimai tualetin tikilməsinə imkan verilməyəcək , – bu barədə bəyanatı Gürcüstanın Türkiyədəki səfiri Giorgi Cancğava Tao-Klarcetidə, gürcü kilsəsinin yanında ictimai tualetin tikiləcəyi ilə bağlı yayılan məlumat haqqında verdi.

Onun dediyinə görə, Türkiyə tərəfi Artvinin Mədəniyyən Xidmətinin rəhbərinə kilsənin olduğu yerə gedib, vəziyyəti öyrənməyi tapşırdı.

“Türkiyə tərəfinin dediyinə görə, onlar Doliskana kilsəsinin yanında ictimai tualetin tikiləcəyi ilə bağlı məlumata sahib deyillər və orda baş verən məsələyi mütləq öyrənəcəklər və əgər belə bir qərar yerli səviyyədə, öz başına verilibsə, onu mütləq dayandıracaqlar.

Daha sonra isə, restavrasiya idarəsinin rəhbəri bizimlə əlaqə saxladı və bildirdi ki, yerli kənd əhalisi tərəfindən, orada ictimai tualetin tikilməsi ilə bağlı qərar verilmişdi, ancaq hazırda orada başlayan tikinti işləri dayandırıldı” – dedi səfir.

Tao-Klarcetidə, 10-cu əsrin gürcü kilsəsinin yanında ictimai tualetin tikiləcəyi ilə bağlı məlumat, foto-şəkillərlə bərabər sosiyal şəbəkədə dünən tarixçi Buba Kudava tərəfindən yayıldı.