Gürcüstanın su polosu komandası Ümumdünya Universiadasında ikinci görüşündə Cənubi Koreyaya qalib gəlib #1TVSPORT
Gürcüstanın su polosu komandası Ümumdünya Universiadasında ikinci görüşündə Cənubi Koreyaya qalib gəlib #1TVSPORT

Çində davam edən Ümumdünya Universiadasında Gürcüstanın su polosu üzrə tələbə komandası turnirin ikinci görüşünü Cənubi Koreya millisi ilə keçirib və rəqibini 19:7 hesabı ilə məğlub edib.

Milli komandanın üzvlərindən təşkil olunan komandamız B qrupunda (Gürcüstan, Çin, Slovakiya, ABŞ, Cənubi Koreya, Slovakiya) çıxış edir. Universiadada Gürcüstanın su polosu komandası ilə yanaşı, üzgüçülər və dalğıclar da iştirak edəcək.