Gürcüstanın Səhiyyə naziri,Ekaterine Tikaradzenin verdiyi məlumata görə,amerikalı və koreyalı mütəxəssislərin yardımı ilə seçilmiş testlər sabahdan Gürcüstanda olacaq
“Bildiyiniz kimi , hazırda bizdəki testlər xəstəliyi, simptomların yaranmasından və ya xəstəliyin səkkizinci günündən təyin edir , buna görə də xəstənin ilk günündə test olunması məqsədəuyğun deyil. Sabahdan Gürcüstanda olacaq testlər xəstəliyi ilk gündən aşkarlaya bilirlər.Testin keyfiyyətinin bizim üçün əhəmiyyəti olduğuna görə testlər amerikalı və koreyalı mütəxəssislərin köməyi ilə seçildi və Gürcüstana gələcək testlər bizə koronavirusu birinci və ikinci gündə 100 faiz dəqiqliklə təyin etməyə imkan verəcək “-deyə Ekaterine Tikaradze bildirib.