Gürcüstanın pravoslav kilsəsi "Svetitsxovloba" bayramını qeyd edir

Gürcüstanın pravoslav kilsəsi “Svetitsxovloba” bayramını qeyd edir.

Bayramla bağlı ibadətlər Svetitsxoveli kafedral kilsəsində bugün saat 10:00-da başladı.

“Virusla bağlı, xalqın təhlükəsizliyini qorumaq məqsədi ilə girişdə hərkəsin temperaturu ölçüləcək.

Hərkəs tibbi maska taxacaq və sosiyal məsafəyi qoruyacaq” – deyilir patriarxlığın bəyanatında.

Svetitsxovloba bayramı rəsmi tətil günüdür və ildə iki dəfə oktyabrın 14-də və ilyulun 13-də qeyd olunur.