Gürcüstanın pravoslav kilsəsi bu gün Giorqoba gününü qeyd edir

Gürcüstanın pravoslav kilsəsi bu gün, noyabrın 23-də, müqəddəs Giorginin işkəncə edildiyi günü qeyd edir.

Giorqoba günü ilə bağlı ölkənin bütün kilsələrində bayram duaları oxunur. Gürcüstanın Katolikos-Patriarxı İkinci İlia isə, duasını paytaxtın əsas kilsəsi olan Müqədəs Üçlük (Sameba) Kilsəsində oxuyur.

Gürcüstanın pravoslav kilsəsi Giorqoba günün ildə iki dəfə keçirir –  mayın 6-da və noyabrın 23-də.

Müqəddəs Giorginin tarixi bizim eramızdan əvvəl, 3-cü əsrdə başlayır. Müqəddəs Giorgi Kapadokiyada zəngin bir ailədə anadan olmuşdu və xristinalara düşmanlıq edən Roma imperatoru Diokletianın idarəçilik dövründə sərkərdə idi. Roma imperatoru onu xristianlara dəstək verdiyini bilib, Giorgidən İsus Xristosa üz döndərməyi tələb edirdi. İmtina etdiyinə görə, müqəddəs Giorgiyə dəhşətli işgəncələr verildi. Onu təkərə bağladılar və başını kəsdilər.

Xristian kilsəsi onu müqəddəs olaraq qəbul etdi. Gürcüstan üçün isə, o qoruyucu simvol oldu.