Gürcüstanın para-qılıncoynatma idman növü üzrə qadınlardan ibarət komandası Avropa çempionudur #1TVSPORT
Polşada keçirilən cari Avropa çempionatında, para-qılıncoynatma üzrə komanda yarışında Gürcüstan millisi Avropa çempionu olub. Yığmamızın üzvləri – İrma Xetsuriani, Nina Tibilaşvili və Qvantsa Zadişvili qılıncoynatma üzrə qitə birinciliyi uğrunda Ukrayna yığmasını 45:42 hesabı ilə məğlub edərək komanda turnirini qələbə ilə başa vurublar.
Xatırladaq ki, dünən Avropa çempionatında qılıncoynatma üzrə fərdi yarışda Nina Tibilaşvili gümüş medalın sahibi olub.