Gürcüstanın Müstəqillik Günü münasibətilə Haaqadakı Böyük Katedralin zəng qülləsində Gürcüstanın dövlət himni və müxtəlif gürcü kompozisiyaları səsləndirilib
Gürcüstanın Müstəqillik Günü münasibətilə Haaqadakı Böyük Katedralin zəng qülləsində Gürcüstanın dövlət himni və müxtəlif gürcü kompozisiyaları səsləndirilib

Gürcüstanın Müstəqillik Günü Hollandiyada, Böyük Haaqa Katedralinin zəng qülləsinin yaxınlığında qeyd edilib. Müvafiq məlumat və videoçarx Gürcüstanın Hollandiyadakı səfirliyi tərəfindən yayılıb.

“2023-cü il mayın 26-da Gürcüstanın Müstəqillik Günü ilə əlaqədar Böyük Haaqa Katedralinin zəng qülləsində Gürcüstanın dövlət himni və müxtəlif tanınmış gürcü kompozisiyaları səsləndirilib.

Səfirliyin əməkdaşları və diaspor nümayəndələri Müstəqillik Gününü qeyd etmək üçün zəng qülləsinin ətrafındakı əraziyə toplaşıblar”, – səfirliyin məlumatında qeyd olunur.