Gürcüstanın Müsəlmanlar İdarəsi - Din adı ilə törədilən hər cür zorakılığı qınayırıq

Gürcüstanın Müsəlmanlar İdarəsinin üzvləri  son zamanlar baş verən hadisələrlə bağlı xüsusi bəyanat verirlər.

Onların bəyanatında deyilir ki, Yaxın Şərqdə din adı ilə törədilən zorakılıqları qınayırlar və bu cür zorakılıqların, əsil müsəlmanların təhqiri olaraq, hesab edirlər.

“Bizi ən çox narahat edən odur ki, dünyanın müxtəlif yerlərində və xüsusi ilə də yaxın şərqdə, törədilən teror aktları və zorakılıqlara din adı verilir. Din adı ilə insan öldürmək, müsəlman dininə təhqirdir. Allah yer üzündəki hər bir insanı sülh, sabitlik və barışığa çağırır. İnsan qətlinin və işkəncəsinin islamla heç bir əlaqəsi yoxdur. İslam da digər dinlər kimi sülhü və barışığı təbliğ edir” – deyilir Gürcüstan müsəlmanlarının bəyanatında.

“Teroristlərin milliyəti yoxdur. Biz Gürcüstan müsəlmanları olaraq, hər cür zorakılığı və din adı ilə törədilən cinayətləri qəti şəkildə qınatırıq və deyirik ki, bunları törədən bizdən deyil.

Bununla bərabər, Gürcüstan əhalisinə müraciət edirik ki, dinindən və milliyətindən asılı olmayaraq, zorakılığa qarşı birləşək və sülh mühitində yaşamağa davam edək” – deyilir bəyanatda.