Gürcüstanın müdafiyə qüvvələri Marneuli və Bolnisi Munisipalitetinin eyni anda, beş girişinə nəzarət edirlər
Müdafiyə Nazirliyinin məlumatına görə, nəzarət keçid məntəqələrində, hərbi xidmətçilər gələn-gedən hərkəsi yoxlanışdan keçirirlər.
“Hərbi bölməmiz NATO standartlarına müvafiq texnika ilə təchiz edilib, hansı ki, epidemiyaların və bənzər problemlərin ləğv edilməsi üçün istifadə edilir” – deyilir nazirliyin bəyanatında.
Hökümətin Koordinasiya Şurasının qərarı ilə, Bolnisi və Marneulinin sərt karantin rejiminə keçməsi ilə bağlı, Gürcüstanın Müdafiyə qüvvələri koronavirusun prevensiya tədbirlərini martın 23-də başladılar.
“Müdafiyə qüvvələri karantin məhdudiyyətlərini fövqəladə rejimdə nəzarət edirlər” – deyir Nazirlik.