Gürcüstanın Müdafiə Qüvvələri çoxmillətli Agile Spirit 2023 təliminə hazırlığa başlayıb
Gürcüstanın Müdafiə Qüvvələri çoxmillətli Agile Spirit 2023 təliminə hazırlığa başlayıb

 

Gürcüstanın Müdafiə Qüvvələri ABŞ-ın Avropa və Afrikadakı komandanlığı ilə birlikdə “Agile Spirit 2023” çoxmillətli təliminə artıq hazırlıqlara başlayıb.

Müdafiə Nazirliyi tərəfindən verilən məlumatda bir həftə ərzində “Pulmon” mehmanxanasında ilkin təlimin planlaşdırılması konfransının keçirildiyi deyilib.

Gürcüstan Müdafiə Qüvvələrinin nümayəndələri xarici tərəfdaşlarla təlimin icra mərhələsinin tarixlərini və təlim sahəsini, iştirak edən ölkələr və bölmələri, taktiki səviyyədə təlimin məqsəd və vəzifələrini müzakirə ediblər. Təfərrüatlar növbəti əsas və yekun planlaşdırma konfranslarında xarici tərəfdaşlarla razılaşdırılacaq. Agile Spirit 2023 yayda keçiriləcək.

Çoxmillətli təlimə 11-ci dəfə Gürcüstan ev sahibliyi edəcək və yenidən Müdafiə Qüvvələrinin Qərb Komandanlığı rəhbərlik edəcək.