Gürcüstanın müdafiə naziri azərbaycanlı həmkarını Gürcüstanın Müdafiə Akademiyasında qəbul edib
Gürcüstanın müdafiə naziri azərbaycanlı həmkarını Gürcüstanın Müdafiə Akademiyasında qəbul edib

 

Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze Davit Ağmaşenebeli adına Gürcüstan Müdafiə Akademiyasında Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovu qəbul edib.

Milli Müdafiə Akademiyasının rektoru, briqada generalı Mamia Balaxadze iki ölkənin müdafiə nazirləri ilə hərbi akademiyanın imkanlarından danışıb. O, qonaqları Milli Müdafiə Akademiyasının tədris laboratoriyaları, tibb məntəqəsi, kitabxanası, muzeyi, idman zalları, kursantlar üçün iqamətgah ilə tanış edib.

Daha sonra rəsmi şəxslər Azərbaycan, türk və gürcü kursantların iştirak etdiyi üçtərəfli idman tədbirlərində iştirak ediblər. Futzal yarışı Gürcüstan Müdafiə Akademiyasının ev sahibliyi ilə Azərbaycan-Türkiyə-Gürcüstan hərbi akademiyalarının üçtərəfli formatda planlaşdırdığı tədbirlər çərçivəsində keçirilib. Heydər Əliyev adına Azərbaycan Hərbi İnstitutunun və Türkiyə Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri məktəblərinin kursantları akademiyada səfərdədirlər.

Milli Müdafiə Akademiyasında keçirilən görüşdə Müdafiə Qoşunları komandanının müavinləri, Azərbaycanın Gürcüstandakı səfiri və digər rəsmi şəxslər iştirak ediblər.

Məlumatı Gürcüstanın Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.