Gürcüstanın Müdafiə Qüvvələri Şotlandiyada keçirilən “Sea Breeze 2023” çoxmillətli dəniz təlimində iştirak edib
Gürcüstanın Müdafiə Qüvvələri Şotlandiyada keçirilən “Sea Breeze 2023” çoxmillətli dəniz təlimində iştirak edib

ABŞ-ın 6-cı Donanmasının təşkilatçılığı ilə Böyük Britaniya, Şotlandiya, Qlazqo şəhərində çoxmillətli “Sea Breeze 2023” dəniz təlimi keçirilib. Məlumatı Müdafiə Nazirliyi yayıb.

“Bu il keçirilən çoxmillətli təlimdə Gürcüstanın Müdafiə Qüvvələri qərargah və dalğıc komponentlərində təmsil olunub. Müdafiə Qüvvələrinin iki zabiti minaaxtaran taktiki qrupun tərkibində dəniz mina əleyhinə əməliyyatlarının planlaşdırılması və icrasına cəlb olunub.

Xüsusi Əməliyyat Qüvvələrinin Qərb Batalyonunun Dəniz Rotasının bir qrup dalğıcı hərəkətdə olan dəniz minalarının, dib minalarının və klaster minalarının axtarışı, aşkarlanması və təmizlənməsi üzrə həm nəzəri, həm də praktiki təlimlərdə iştirak edib. Təlimdə Gürcüstanla yanaşı iştirak edən ölkələr bunlardır: ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə, Ukrayna, İsveç, Danimarka, Norveç, Finlandiya, Bolqarıstan, Rumıniya, Estoniya, Hollandiya, eləcə də NATO-nun daimi dəniz minaaxtaran gəmiləri.  Gürcüstan Müdafiə Qüvvələri 2001-ci ildən “Sea Breeze”də iştirak edir” – məlumatda deyilir.